Braziliyada Ermənistanın Azərbaycana təcavüzü belə göstərildi (FOTO)

25 Avqust 2020 16:33 (UTC+04:00)
Braziliyanın paytaxt yollarının birində Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı bilbord quraşdırılıb. Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bildirib. Onun sözlərinə görə, sözügedən yol paytaxtın ən işlək yollarındadır: "Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır! Braziliyanın paytaxtının ən məşğul, hava limanına gedən yol zolağında belə bir yazı. Gələn də görür gedən də. Braziliyada 100 mindən artıq erməni cəmi 5 azərbaycanlı yaşayır! Amma biz burdayıq"!