Pedofil qadının əxlaqsızlığı dəhşətə gətirir - Nazirlik işə qarışdı - FOTO

25 Avqust 2020 19:33 (UTC+04:00)

Türkiyədə pedofil qadının əxlaqsızlığı ölkədə rezonans doğurub.

Milli.Az haberler-ə istinadla bildirir ki, Türkiyədə yaşayan Elif Sarı adlı qadının əxlaqsız hərəkətləri və pedofilliyi ölkədə qalmaqal yaradıb.

Qadının sosial şəbəkələrdə körpəsi ilə açıq-saçıq şəkillər paylaşması, övladının lüt şəkillərini çəkməsi kəskin şəkildə qınanılıb.

Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi məsələyə münasibət bildirərək körpənin qadının əlindən alınaraq uşaq evinə veriləcəyini qeyd edib. Həmçinin, qadın barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.