Paraqvay Daxili İşlər naziri koronavirusa yoluxub

26 Avqust 2020 07:57 (UTC+04:00)

Paraqvay Daxili İşlər naziri Euklides Asevedo koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Xullio Massoleni deyib.

X.Massoleni deyib: "COVID-19-a ilə təsdiqlənmiş yoluxma faktımız var. Nazir Asevedonun vəziyyəti stabil olaraq qiymətləndirilir".

Nazirlikdən verilən məlumata görə, prezident Mario Abdo Benites artıq xəstəxanada 70 yaşlı naziri ziyarət edib.