İsrail Həmas hərəkatının hədəflərini vurub

26 Avqust 2020 08:20 (UTC+04:00)

İsrail Müdafiə Ordusu Qəzza zolağından partlayıcıların üzərinə yapışdırılmış hava şarlarının atılmasına cavab olaraq Həmas hərəkatının hədəflərini vurub.

Mövqe-nin məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Twitter səhifəsində bildirib.

 

Məlumatda deyilir: "Son bir neçə həftə ərzində Qəzzadakı terrorçular İsrail ərazisinə yüzlərlə partlayıcı şarlar atıblar. Buna cavab olaraq uçuş aparatlarımız Qəzza zolağında Həmasın yeraltı infrastrukturuna zərbə endirib".