Biləsuvarın Xırmandalı kəndində ev yanıb

26 Avqust 2020 09:29 (UTC+04:00)

Biləsuvar rayonunda yanğın baş verib.

Mövqe.az yazır ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində Xankişiyev Saleh Məhəmməd oğluna məxsus evdə qeydə alınıb.

Yanğın nəticəsində ailənin qızı üçün toğladığı cehizləri də yanıb. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.