müəllimlər üçün növbəti test imtahanları keçirilir

26 Avqust 2020 10:45 (UTC+04:00)

Avqustun 26-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir. İmtahanlarda 2 min 904 namizədin iştirakı nəzərdə tutulur.

Mövqe.azın məlumatına görə, Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.