Tarixdə ilk dəfə elektrotəyyarədən paraşütlə tullandı

26 Avqust 2020 11:07 (UTC+04:00)

Paraşütçü tarixdə ilk dəfə elektrotəyyarədən tullanma gerçəkləşdirib.

Mövqe.az-ın bildirdiyinə görə, “Report” Almaniyanın WAZ nəşrinə istinadən xəbər verir ki, hadisə İsveçrənin qərbində olub.

Məlumata görə, paraşütçü Rafael Domyan 1 520 metr hündürlüyə yüksələn və günəş enerjisi ilə uçan ikinəfərlik təyyarədən tullanıb.

Bildirilib ki, tullanma zamanı onun sərbəst düşmə sürəti 150 km/s-a çatıb.