Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 216 saylı məktəb binasının açılışında iştirak ediblər

26 Avqust 2020 11:55 (UTC+04:00)

Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin avqustun 26-da açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.