DİM yeni sığortaçı seçib

26 Avqust 2020 12:15 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortası ilə bağlı yenidən elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC-dir.

Qalib şirkətə 171 690 manat ödəniləcək. 

Xatırladaq ki, qurumun bundan əvvəl keçirdiyi tenderin qalibi lisenziyası ləğv edilmiş "Standard Insurance" Sığorta Şirkəti ASC olub.