Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb

26 Avqust 2020 13:29 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb.

Mövqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir C.Bayramov əvvəlcə Kremlin divarları yaxınlığında Naməlum Əsgərin məzarını ziyarət edərək önünə əklil qoyub.

Səfər çərçivəsində Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla, həmçinin Rusiya Federasiya Şurasında və Nazirlər Kabinetində görüşlər keçirəcək.