Xırdalanda binada yanğın

26 Avqust 2020 14:35 (UTC+04:00)

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.