Avtomobil yuyan gənci elektrik cərəyanı vuraraq öldürdü

26 Avqust 2020 23:00 (UTC+04:00)
Bərdə rayonunda bədbəxt hadisə baş verib. "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Həsənov Niyaməddin Mübariz oğlu kənd ərazisində yerləşən avtoyuma məntəqəsində işləyərkən anidən onu elektrik cərəyanı vurub. N. Həsənov hadisə yerində dünyasını dəyişib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.