Ləpə yemək kimə zərərlidir?

27 Avqust 2020 19:04 (UTC+04:00)

Ləpələr allergiyalı və mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar əks göstərişlidir.

Mövqe “Veçernyaya Moskva” nəşrinə istinadən xəbər verir ki, bu qənaətə həkim-diyetoloq Yelena Solomatina gəlib.

Mütəxəssisin sözlərinə görə, arıqlamaq istəyənlər gündəlik 5-10 ləpə yeyə bilər, lakin bu məhsulun sutkalıq norması 50 qram olmalıdır.

Diyetoloqun fikrincə, ən populyar ləpə qozdur, daha sonra yerfındığı və fındıq gəlir.

Y.Solomatina bildirib ki, qoz zülalla zəngindir, onu anemiya, həmçinin damar xəstəlikləri zamanı istehlak etmək olar. Bundan başqa, bu ləpə ilə pəhrizə oturanlar da qidalana bilər.