Kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanıldı

27 Avqust 2020 09:53 (UTC+04:00)

Paytaxt ərazisində kanalizasiya qapaqları oğurlanıb.

Mövqe-nin xəbərinə görə, hadisə avqustun 10-u gecə saatlarında Sulutəpə qəsəbəsi, A.Allahverdiyev küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs kanalizasiya qapaqlarını oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Mehman Allahverdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.