Ermənistanda koronavirusdan ölənlərin sayı 864-ə yüksəlib

27 Avqust 2020 11:06 (UTC+04:00)

Ermənistanda daha 203 nəfərdə koronavirus aşkarlanıb.

Mövqe xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 270-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 864-ə çatıb. İndiyədək 36 988 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 153 aktiv koronavirus xəstəsi var.