Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

27 Avqust 2020 12:17 (UTC+04:00)

Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə Mövqe-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.