Bakının bir neçə rayonunda su kəsiləcək

27 Avqust 2020 12:48 (UTC+04:00)

Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

Bu barədə Mövqe-yə "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar bu gün Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.