Müğənni Elnarə Abdullayeva karantin postundan icazəsiz keçmək istədiyi üçün cərimələnib

27 Avqust 2020 16:55 (UTC+04:00)

Müğənni Elnarə Abdullayeva karantin qaydalarını pozub.

Mövqe-nin məlumatına görə, onun barəsində yerindəcə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib olunaraq cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, müğənninin icazəsi olmadan karantin postundan keçmək istədiyi və polis əməkdaşları tərəfindən saxlandığı barədə məlumat yayılıb.