Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

27 Avqust 2020 17:33 (UTC+04:00)

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 517 mln ABŞ dolları, yaxud 0,6% artaraq 88,711 milyard ABŞ dolları təşkil edib.

Mövqe Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 43,277 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 461 mln ABŞ dolları, yaxud 1,1% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 56 mln ABŞ dolları, yaxud 0,1% artaraq 45,434 mlrd ABŞ dolları təşkil edib.