Şagirdi məktəbə göndərib-göndərməməklə bağlı qərarı valideyn verəcək

27 Avqust 2020 17:35 (UTC+04:00)

“Məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl edilməlidir”.

Mövqe xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Əgər hansısa ailədə kiminsə qızdırması varsa şagirdin məktəbə gəlməməsinin tərəfdarıyıq.

Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqların məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu, seçimin valideynlərə verilməsi qaydası baş verəcək”, - nazir əlavə edib.