Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondununun prezidenti Günay Əfəndiyeva ilə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto arasında görüş keçirilmişdir

27 Avqust 2020 21:10 (UTC+04:00)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondununun prezidenti Günay Əfəndiyeva ilə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto arasında görüş keçirilmişdir Bu gün, 27 avqust 2020-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva ilə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri arasında görüş keçirilmişdir. Görüş zamanı G.Əfəndiyeva Fondun fəaliyyətindən, xarici ölkələrdə təşkil edilmiş konfrans və seminarlardan, eləcə də türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçiriləcək layihələrindən söz açıb. Həmçinin Fondun prezidenti Braziliyaya səfərini, "Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma" adlı konfransda iştirak etdiyini xatırladaraq, xalqlar arasında mədəni irsin tanıdılmasının vacibliyini vurğulayıb. Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Manuel Adalberto təmsil etdiyi ölkənin və ümumilikdə Latın Amerikası ilə türk mədəniyyətləri arasında qarşılıqlı əlaqələrindən söz açıb, Türk Dünyasının zənginliyini əks etdirən kitabların öz ölkəsində tərcümə və nəşr olunmasına dair köməklik göstərəcəyini bildirib. Səfir həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Braziliya Federativ Respublikasının Bakıdakı səfirliyi arasında əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib. Görüşdə Fond və Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında təşkilata üzv və müşahidəçi olan ölkələrin və Braziliyanın mədəni dəyərlərinin təbliği məqsədilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.