3 yaşlı uşaq binadan yıxılaraq öldü

28 Avqust 2020 09:29 (UTC+04:00)

Ucar rayonunda 3 yaşlı uşaq binadan yıxılaraq ölüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verib.

Belə ki, əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Fərhan Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Mövqe"