Türkiyədə son 24 saat ərzində daha 26 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
"Mövqe"-nin məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 209 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 491 yeni yoluxma halı qeydə alınıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 995 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 240 792 nəfər təşkil edir.