İran naziri: Azərbaycan körfəz ölkələrinə çıxış əldə edəcək

28 Avqust 2020 09:46 (UTC+04:00)

 

Azərbaycan Ərdəbil-Miyana dəmir yolu vasitəsilə körfəzi ölkələrinə çıxış əldə edəcək.

"Mövqe" xəbər verir ki, bu sözləri İranın Şəhərsalma və Yollar naziri Məhəmməd İslami deyib. O bildirib ki, bu məqsədlə Ərdəbil vilayətinin administrasiyası xüsusi büdcə ayırıb. Yaxın zamanda Azərbaycan ilə sərhəd regionunda yerləşən Parsabad şəhərindən Ərdəbilə də dəmir yolu xətti çəkiləcək. Parsabad-Ərdəbil-Miyana dəmir yolu Azərbaycanı ilə körfəz ölkələri arasında nəqliyyat əlaqəsi yaradacaq.

Nazir onu da nəzərə çatdırıb ki, tərəflər Rəşt-Astara dəmir yolu xəttinin inşasında əməkdaşlıq edirlər. Onun sözlərinə görə Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilişi ilə iki qonşu və dost dövlətin dəmir yolları birləşib.