Bakıda qaçqınların yataqxanasında yanğın olub

28 Avqust 2020 12:11 (UTC+04:00)

 

Bakıda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva mətbuata bildirib.

O qeyd edib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb:

“Qaçqınların müvəqqəti məskunlaşdığı yataqxananın köməkçi tikilisində 70 kvm2 sahədə yanğın olub. Əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Yataqxana binası yanğından mühafizə olunub və yanğın söndürülüb”.