Cəlilabadda zəlzələ olub

28 Avqust 2020 13:18 (UTC+04:00)

 

Yerli vaxtla saat 11:05-də Cəlilabad stansiyasından 8 km cənubda Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Mövqe"yə verilən məlumata görə, zəlzələnin maqnitudası 3,4, dərinliyi 29 km. olub.

Zəlzələ episentrdə 3 bala qədər hiss edilib.