Türkiyədə 700 könüllü üzərində COVİD-19 test ediləcək

28 Avqust 2020 13:29 (UTC+04:00)

Dünyanın səbirsizliklə gözlədiyi COVID-19 peyvəndlərindən biri olan Almaniyanın “Biontech” biotexniki və ABŞ-ın “Pfizer” dərman şirkətləri tərəfindən birgə hazırlanan “BNT162ö” preparatı Türkiyədə də 700 könüllü üzərində test ediləcək.

"Mövqe" xəbər verir ki, Türkiyənin elm adamlarının da iştirakı ilə hazırlanan preparatın üçüncü mərhələsi iyul ayında başlayıb.

İstanbul Universitetinin Tibb fakültəsi ilə müştərək keçiriləcək testlərin bir həftə ərzində başlaması, əldə ediləcək nəticələrin qaydasında olacağı təqdirdə noyabr ayında peyvəndin istehsalına start verilməsi gözlənilir.

Qeyd edək ki, “BNT162ö” peyvəndinin dünyanın 172 ölkəsində 30 min insan üzərində test edilməsi nəzərdə tutulub.