Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

28 Avqust 2020 13:48 (UTC+04:00)

 

 

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

"Mpvqe"nin məlumatına görə, paytaxtın kommunal strukturları sabah, avqust ayının 29-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.