Beş evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

28 Avqust 2020 15:01 (UTC+04:00)

 

Şamaxı və Qax rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı rayonu ərazisindəki beş evdən məişət əşyaları, 1 baş inək, 16 baş qoyun və 25 kiloqram qoz oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Tağıyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 17-də rayondakı torpaq sahələrinin birindən 1000 manat dəyərində olan 700 kiloqram şaftalını oğurlamaqda şübhəli bilinən Almalı kənd sakini C.Abdullayev tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.