Donald Tramp Təhlükəsizlik naziri postuna Çed Vulfun namizədliyini irəli sürmək istəyir

28 Avqust 2020 15:41 (UTC+04:00)

Tramp Təhlükəsizlik naziri postuna Çed Vulfun namizədliyini irəli sürmək niyyətindədir

Prezident Donald Tramp Təhlükəsizlik naziri postuna Çed Vulfun namizədliyini irəli sürmək istəyi barədə ABŞ Konqresi Senatına rəsmi bildiriş göndərib.

Xarici KİV-lərdə yayılan məlumata görə, müvafiq bildiriş Ağ evin mətbuat xidməti tərəfindən yayımlanıb.

Avqustun 25-də Donald Tramp bu planı barədə özünün “Twitter” səhifəsində məlumat vermişdi.

Qeyd edək ki, Çed Vulf 2019-cu il noyabrın 13-dən Daxili Təhlükəsizlik naziri səlahiyyətlərini icra edir. Ağ evin bildirişində bu qurumun ABŞ Federal Hökumətində böyüklüyünə görə üçüncü olduğu vurğulanır. Çed Vulf indiyə qədər həmin nazirlikdə daha kiçik vəzifələrdə çalışıb, buna qədər isə Konqres aparatından keçdiyi fərdi sektorda 11 il işləyib. O, ABŞ hakimiyyətinin icra qanadının Donald Trampa ən loyal nümayəndəsi reputasiyasını qazanıb.