Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb

28 Avqust 2020 16:19 (UTC+04:00)

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Gürcüstan istiqamətindən gələn, 2 ədəd "Mercedes-Benz Actros" və 3 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5400 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.