ETSN Azərbaycanda ov lisenziyalarının verilməsi qaydalarını açıqladı

28 Avqust 2020 18:19 (UTC+04:00)
Azərbaycanda ov lisenziyaları birdəfəlik icazə əsasında verilir. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması xidmətinin rəisi Arzu Səmədova deyib. Onun sözlərinə görə, ov lisenziyası əldə etmək istəyən Azərbaycan vətəndaşı nazirliyin dövlət ekoloji təhlükəsizlik xidmətinin regional idarələrinə müraciət etməlidirlər: "Vətəndaş hansı regionda ov etmək istəyirsə, həmin rejiondakı idarə müraciət edərək oradan ov lisenziyası əldə edə bilərlər. Hələ ki bu lisenziyalar ov təsərrüfatlarına həvalə edilməyib".