İsveçdə “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirildi

29 Avqust 2020 09:23 (UTC+04:00)
İsveçin Malmö şəhərinin Rusenqord əyalətində "Qurani-Kərim"in yandırılmasına etiraz olaraq aksiyalar keçirilib. Mövqe.az "TASS"a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb. Bildirilir ki, təxribatçı hərəkətlərdən qəzəblənən 300-ə yaxın sakin Rusenqord, Amiralsqatan və Şeleqatan şəhərlərinin iki əsas küçəsindəki avtomobil yolunu bağlayıblar. Qeyd olunur ki, hadisə yerinə gələn polislərə daş parçaları, şüşə və yandırıcı maddə atılıb.