Gəncədə 67 yaşlı kişini qətlə yetirdilər

29 Avqust 2020 09:49 (UTC+04:00)
Gəncədə qətl hadisəsi olub. Mövqe.az-ın Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə şəhər Bağbanlar qəsəbəsi, Eti Qurbanov küçəsində qeydə alınıb. Belə ki, naməlum şəxs 1953-cü il təvəllüdlü Yusif Dəmirovun ürək nahiyəsindən və sol bazu nahiyəsindən bir neçə bıçaq zərbələri endirib. Yaralı aldığı bıçaq zərbələrindən hadisə yerindəcə keçinib. Qeyd edək ki, Y.Dəmirov Gəncə şəhər Tibb Kollecinin müəllimi olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.