Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısını təbrik edib

29 Avqust 2020 16:00 (UTC+04:00)
Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu göndərib. Mövqe.az-ın məlumatına görə, təbrikdə deyilir: "Əlahəzrət, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Malayziya dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının Malayziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziyaya daim əmin-amanlıq və rifah diləyirəm".