İranda zəlzələ qeydə alınıb

30 Avqust 2020 08:00 (UTC+04:00)
İranın şimalında yerlәşәn Semnan vilayәtinin Damğan şəhərində 4,3 bal gücündə zəlzələ baş verib. Mövqe.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 23:31, 10 km dərinlikdə qeyd alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.