"Milan" İbrahimoviçlə müqavilənin uzadılmasını təsdiqləyib

30 Avqust 2020 08:27 (UTC+04:00)
İtaliyanın "Milan" futbol klubu İsveçli hücumçu Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını təsdiqlədi. Goal.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib. Z.İbrahimoviçin Milan ilə hazırkı müqaviləsi 31 avqustda başa çatır. Portuqaliyanın "Record" qəzetinin verdiyi məlumata görə, Z.İbrahimoviç müqaviləni bir il uzadıb, idmançı 7 milyon avro qazanacaq.