Salyanda yol qəzasında bir nəfər ağır yaralandı

30 Avqust 2020 08:51 (UTC+04:00)
Yol qəzasında 1987-ci il təvəllüdlü Kərimov Elvin Cavanşir oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.