Bağdadda diplomatik nümayəndəliklərin yerləşdiyi "yaşıl bölgə"yə 4 raket atılıb

30 Avqust 2020 09:36 (UTC+04:00)
İraqın paytaxtı Bağdadda hökumət qurumlarının və xarici diplomatik nümayəndəliklərin, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi "yaşıl bölgə" yaxınlığına 4 raket atılıb. APA TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilib.