Beyrut limanındakı partlayışda ölənlərin sayı 190-a yüksəldi

30 Avqust 2020 13:42 (UTC+04:00)
Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 190-a çatıb, 6 min 500 adamdan çox insan yaralanıb. Bu barədə Livan hökumətinin həftəlik hesabatında qeyd olunub. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər itkin düşüb. Fəlakət nəticəsində 300 min insan evsiz qalıb. Bundan əvvəl Beyrut limanında baş verən partlayış nəticəsində 171 nəfərin öldüyü bildirilmişdi.