DİN-dən sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib

30 Avqust 2020 23:24 (UTC+04:00)
Bəzi sosial şəbəkələrdə bu gün Xaçmaz rayonu ərazisində "Aşura" mərasiminin təşkili ilə bağlı videogörüntülər paylaşılıb. DİN Mətbuat Xidmətinin bildirildiyinə görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində həmin mərasimin təşkil edilməsi barədə məlumat əldə edərək müvafiq tədbirlər keçiriblər. Görüntülərdə olan şəxslər saxlanılaraq şöbəyə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və mövcud karantin rejimi qaydalarını pozan 10 nəfər barəsində müvafiq tədbirlər görülüb.