VƏTƏNI QORUMAQ BORCU VƏ ORDUYA DƏSTƏYIN BƏZI NÜANSLARI

30 Avqust 2020 22:26 (UTC+04:00)
Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin Modern.az saytında Kuba təcrübəsinin mənimsənilməsinə dair növbəti məqaləsi dərc edilib. Müəllif "Vətəni qorumaq borcu və orduya dəstəyin bəzi nüansları" adlı məqaləsində Tovuz hadisələrinin Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha göstərdiyini, torpaqlarımıza soxulmağa cəhd etmiş düşmənin layiqli cəzasını alaraq geri otuzdururlmasını və Vətənin müdafiəsi uğrunda xalqımızın möhtəşəm birliyinin nümayişini diqqətə çatdırır. 1986-1989-cu illərdə Latın Amerikasının Kuba Respublikasında uzunmüddətli məzuniyyətdə olarkən şahidi olduğu maraqlı faktları nümunə gətirən R.Fətəliyev əhalinin ordunu necə dəstəkləməsini, dövlətin vətənpərvərlik istiqamətndə apardığı təbliğatın verdiyi müsbət nəticələri yada salır. Bildirilir ki, bu təbliğatın nəticəsidir ki, ABŞ kimi nəhəng ölkə bu respublikaya bata bilmədiyindən 60 ildir ki, onu blakadada saxlayır. Azərbaycanı Kuba ilə müqayisə edən müəllif analoji nəhəng ölkəyə sığınıb alçaq niyyətlərini həyata keçirməyə çalışan mənfur qonşularımızı niyyətindən birdəfəlik uzaqlaşdırmaq məqsədi ilə Kuba təcrübəsindən yararlanmağın müsbət nəticələr verəcəyinə əminliyini dilə gətirir. O həmcinin dünyada və regionda yaranmış son siyasi-iqtisadi durumu nəzərə alaraq, torpaqlarımızın işğaldan azad edilməsi və sərhədlərmizin daha etibarlı qorunmasında mülki əhalinin rolunun artırılması məqsədilə bir sıra əməli təkliflər də irəli sürür. Sonda alim Vətənimiz uğrunda Ali Baş Komandanın ətrafında sıx birləşərək Silahlı Qüvvələrimizə dəstək verməklə düşmən işğalına məruz qalmış torpaqlarımızın azad olunacağına əminliyini bildirir.