Belarus prezidenti yenidən əlinə avtomat alıb ictimaiyyət qarşısına çıxdı

31 Avqust 2020 09:35 (UTC+04:00)
Belarus prezidenti Aleksandr Lukaşenko əlində avtomat iqamətgahının qarşısına çıxıb. Lukaşenkonun hadisə yerindən fotosunu prezidentin mətbuat katibi Natalya Eysmont mətbuat nümayəndələrinə göndərib. Qeyd edək ki, bu gün də müxalifətin paytaxt Minskdə aksiyası davam edir. Aksiya iştirakçıları Lukaşenkonun rezidensiyasının qarşısına yığışıblar.