Ermənistanda futbolçular polisi döyüb

31 Avqust 2020 13:31 (UTC+04:00)
Yerevanda iki futbolçu yol polisi əməkdaşlarına hücum edib. Mövqe.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, "Ararat-Armeniya" klubunun və Ermənistan milli komandasının üzvü Qor Malakyan və onun böyük qardaşı, "Şirak" klubunun futbolçusu Edqar Malakyan polis əməkdaşları ilə mübahisə edərək onlara xəsarət yetirib. İnsidentlə əlaqədar futbolçular saxlanılıb, onlara qarşı cinayət işi açılıb.