"Neftçi"nin baş məşqçisi: "Qalatasaray"la matça qələbə üçün çıxacağıq"

31 Avqust 2020 16:12 (UTC+04:00)
"Oyunun harada olmasının fərqi yoxdur". Mövqe.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi televiziyasına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə təmsilçisi "Qalatasaray"la keçirəcəkləri matç barədə danışarkən deyib. 43 yaşlı mütəxəssis deyib ki, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər: "Biz meydana qələbə üçün çıxacağıq". Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.