Salyanda körpə suda boğulub

31 Avqust 2020 20:53 (UTC+04:00)
Salyan rayonunda 2 yaşlı uşaq suda batıb. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb. Belə ki, Biləsuvar rayonunun Amankənd kənd sakini, 2018-ci il təvəllüdlü Xankişiyev Sahil Kamal oğlu su kanala düşərək boğulub. Faktla bağlı araşdırma aparılır.