Köhnə texnologiya faydalı qazıntılar və tikinti minerallarının hasilatında poblem yaradır

5 Sentyabr 2020 10:01 (UTC+04:00)
Azərbaycanda faydalı qazıntılar və tikinti minerallarının hasilatı sahəsində poblemlər var. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib. Onun sözlərinə görə, mədən torpağının idarəçiliyində xeyli problemlər var: "Texnologiyaların köhnəliyi, müasir texnologiyaların olmaması kimi problermlər qalmaqdadır. Bu problemlərin aradan qaldırılması üçün qanunvericilikdə müəyyən təkmilləşdirmə işləri aparılır. Təkmilləşdirmədən sonra yaranan problemlər həllini tapa bilər".