Şoyqu: “Azərbaycan Beynəlxalq Ordu Oyunlarının ən güclü beşliyinə daxildir”
8 Sentyabr 2020 14:06 (UTC+04:00)
Beynəlxalq Ordu Oyunlarında 37 rekord qeydə alınıb. Onlardan 27-si Rusiya yığmasına aiddir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu bildirib.
"32 ölkədən olan hərbçilərin rəqabətinə sentyabrın 5-də yekun vurulub. Rusiya altıncı dəfə beynəlxalq Ordu Oyunlarının çempionu titulunu qazanıb", - deyə o bildirib.
Rusiyalı nazirin sözlərinə görə, Beynəlxalq Ordu Oyunlarının ən güclü beşliyinə Belarus, Özbəkistan, Vyetnam və Azərbaycan komandaları daxil olub: "Komandalar arasında rəqabət yüksək səviyyədə keçib. Hesab edirik ki, əməkdaşlığın bu cür forması perspektivlidir. Bunu inkişaf etdirməyi davam etdirəcəyik".