Sağlam həyata bir addım...

9 Sentyabr 2020 21:29 (UTC+04:00)

Sağlam orqanizmə sahib olmaq hər kəsin arzusudur. Bunun üçün daim həkim nəzarətində olmaq vacib deyil. Ev şəraitində özünüzə qulluq etməklə də sağlam qala bilərsiniz.

Mövqe.az xarici mətbuata istinadən sağlamlıqla bağlı məsləhətlər təqdim edir:

1. Görmə qabiliyyətini qoruyun

Salat + avakado
Tərəvəzlərlə və ya göyərtilərlə hazırladığın salatın içinə avakado qatmağı unutmayın.

2. Ürəyinizin qayğısına qalın

Limon + yaşıl çay
Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, gün ərzində 5 stəkan içərisinə limon qatılmış yaşıl çay içmək ürəyin fəaliyyətini yaxşılaşdırır, infarkt riskini azaldır.

3. Əzgin görünməkdən yorulmusunuz

Yumurta + portağal şirəsi
Səhər bir yumurta yeyib, üstündən 1 stəkan portağal şirəsi içmək sizə gün ərzində lazımı qədər iş görmək üçün enerji verəcək.

4. İmmunitetinizi gücləndirin

Mal əti + kök
Kök orqanizmi A vitamini ilə təmin edəcək. Soyuqdəymədən qorunmaq üçün sizə lazım olan digər vitaminləri isə mal əti vasitəsilə ala bilərsiniz.

5. Dəri xərçəngindən qorunun

Kofein + idman
Mütəxəssislər sübut ediblər ki, gün ərzində kofein qəbul etmək və idmanla məşğul olmaq dəri xərçənginə yoluxma riskini 4 dəfə azaldır.