Masallıda onlayn videokonfrans keçirilib

11 Sentyabr 2020 11:28 (UTC+04:00)

10 sentyabr  2020-ci  il  tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin,Təhsil şöbəsinin, Masallı rayon Heydər Əliyev Mərkəzinin , “Gənclər evin” sosial xidmət müəssisəsinin, Gənclərin  İnkişaf və Karyera mərkəzinin, YAP Masallı rayon təşkilatının və Masallı rayonunun fəal gəncləri ilə yanaşı digər rayondan olan fəal gənclərin iştrakı ilə              “Masallı Gənclər Paytaxtı-2020” seçilməsi münasibəti ilə “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans  keçirilmişdir.

         Konfransı giriş sözü ilə açan  Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək konfrans iştrakçılarını salamlayaraq  bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamla “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsini nəzərdə tutuan onlayn müsabiqədə   rayonumuzun gəncləri  bir araya gələrək üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirərək,  yüksək  səs çoxluğu ilə  Masallı rayonunu “Gənclər paytaxtı”seçdilər. Bu münasibətlə hər bir gənci təbrik edən C.Manafov  Rayon İcra Hakimiyyətinin başçısı Şahin müəllimə öz dərin minnətdarlığını bildirərək vurğuladı ki, Şahin müəllim Rayonumuza  başçı təyin olunandan sonara rayonda abadlıq quruculuq işləri ilə yanaşı, gənclərə də  yüksək  diqqət və qayğı ilə yanaşmış və gənclərlə tez-tez keçirilən görüşlər ,  gənclərin  problemləri ilə yaxından marağlanması  gənclərimizdə ruh yüksəkliyi yaratmış və  bunun bariz nümunəsi kimi 2020-ci ildə gənclərimiz öz əzimkarlıqlarını nümayiş etdirərək rəmzi açarı rayonumuza qazandırmışlar. Sonra Camal Manafov İdarə tərəfindən “Masallı Gənclər Paytaxtı” seçilməsi münasibəti ilə keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışaraq konfrans iştrakçılarına geniş məlumat vermiş və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhni olduğunu diqqətə çatdırdı. 

        Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru  Dilbər  İbayeva çıxış edərək bildirdi ki, Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verdiyini qeyd edərək , gənclərimizi rayonumuzun “Gənclər Paytaxtı” seçilməsi münasibəti ilə təbrik etmiş və gənclərimizə uğurlar arzulamışdır.

           Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının  Masallı rayon təşkilatının Gənclər Birliyinin sədri Bəxtim Qarayev gəncləri təbrik etdərək bildirdi ki, Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı onları doğma yurdu sevməyə, yüksək təhsil alaraq ölkəmizin inkişafına töhfə verməyə həvəsləndirir. Məhz bu diqqət və qayğının nəticəsində bu gün gənclərimiz cəmiyyətin fəal üzvləri kimi ölkə həyatının bütün sahələrində səylə çalışır, Azərbaycanın çiçəklənməsi yolunda əsl vətəndaşlıq mövqeyindən çıxış etdiklərini qeyd edərək gənclərimizi əldə etdikləri uğurlara görə təbrik etmiş və gələcək işlərində müvəfəqqiyyətlər arzulamışdır.

     Daha sonara tədbirdə Gənclərin  İnkişaf və Karyera mərkəzinin direktoru Vafiq Xəlilov çıxış edərək bildirdi ki,  Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı onları doğma yurdu sevməyə, yüksək təhsil alaraq ölkəmizin inkişafına töhfə verməyə həvəsləndirir. Məhz bu diqqət və qayğının nəticəsində bu gün gənclərimiz cəmiyyətin fəal üzvləri kimi ölkə həyatının bütün sahələrində səylə çalışır, Azərbaycanın çiçəklənməsi yolunda əsl vətəndaşlıq mövqeyindən çıxış edirlər.Bir daha gənclərimizi təbrik edən V.Xəlilov həmişə gənclərimizə  birlik nümayiş etdirməyi  arzuladı.

     Tədbirdə fəal gənclərdən Beynəlxalq dərəcəli Təlimçi Rafət Şirəliyev, Masallı rayon Gənclər və İdman İdarəsinin Könüllülərinin sədri İslam Ərzullazadə və fəal gənc Ləman Əzizli çıxış edərək Ölkə Başçısı cənab İlham Əliyevə  ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya, həmçinin Rayon  İcra Hakimiyyətinin başçısı Şahin müəllimə   gənclər üçün kifayət qədər imkanların yaradıldığına görə öz minnətdarlıqların bildirdilər.

 Sonda konfrans diskusiya şəraitində davam etdirilərək yekunlaşdırıldı.

        Qeyd edək ki, konfransda  iştrak edən fəal  gənclər Masallı rayon Gənclər və İdman İdarəsi  tərəfindən Diplomlarla təltif edilmişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV